"Qarabağ"ın 3 illik müqavilə imzaladığı yeni transferi İbrahima Vadji əvvəllər morfindən istifadə edib.

 Offsideplus.az "Fanat.az"a istinadən xəbər verir ki, seneqallı hücumçunun 2019-cu ilin may ayının 19-da çempionatın “Kristiansund” ilə ev oyunundan sonra verdiyi morfin testi müsbət nəticələnib. Məsələyə qarışan Norveçin Anti-Dopinq Prokurorluğu Vadjinin yarışlardan 14 ay kənarlaşdıraraq cəzalandırılması barədə qərar verib.

Futbolçuya qərardan apelyasiya müraciəti üçün iki həftə vaxt verilsə də, bu, heç nəyi dəyişməyib. Seneqallı hücumçu izahatında günahını qismən etiraf edib və morfin tabletlərini performansını artırmaq niyyəti ilə qəbul etmədiyini bildirib. Futbolçunun və klubunun üzrxahlığına baxmayaraq, məhkəmə Vadjini 14 aylıq yarışdan uzaqlaşdırma haqda qərar verib. 

Futbolçu həbləri zədədən müalicə vaxtı ağrılarına görə istifadə etdiyi məlum olub. 

Qeyd edək ki, Vadji Şotlandiyanın "Aberdin" klubu ilə UEFA Konfrans Liqasının görüşlərində iştirak edəcək. Futbolçunun adı sifariş ərizəsinə daxil edilib.