Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşan futbolçularımız 0:1 hesabı ilə məğlub olub.

Avqustun 19-da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.