“Neftçi” PFK-nın yarımmüdafiəçisi Sabir Buqrin Mərakeş milli komandasına dəvət olunub.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu millinin DÇ-2022-nin seçmə mərhələsi matçlarından əvvəl keçiriləcək seleksiya xarakterli yoldaşlıq oyunlarında iştirak edəcək. O, yığma komandanın düşərgəsinə avqustun 30-da qoşulacaq.

Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş Buqrin “Neftçi”nin heyətində meydana çıxdığı 35 oyunda 5 qola imza atıb.