"Sumqayıt"la danışığımız olub.

Hələ ki, razılıq əldə olunmayıb. Komandadan düşünmək üçün vaxt istəmişəm. Ayın sonunda bilinəcək komandada qalacam, ya yox"

Bu sözləri Offsideplus.az saytına açıqlamasında "Sumqayıt"ın futbolçusu Bəxtiyar Həsənalızadə deyib.

Adı "Zirə" və "Səbail"lə çəkilən futbolçu bu klublardan təklif almadığını bildirib.

"Adını çəkdiyiniz komandalarnan danışıq olmayıb. Sadəcə, mən də eşitmişəm ki, mənimlə maraqlanırlar. Heç bir rəsmi təklif yoxdur."

O, bundan əlavə Türkiyə klublarından təkliflər olduğunu qeyd edib.

"Türkiyənin PTT liqasındakı klublarnan danışıqlıqlar gedir. Heç nəyə qərar verməmişəm. Belə vəziyyətdə verilən qərar həm tez olar, həm də düzgün olmaz. Fikirlərim qarışıqdı. İnşallah bu yaxınlarda qərar qəbul edəcəm."

Nuh TARVERDİYEV