Türkiyənin "Bursaspor" klubunun Azərbaycan millisinin futbolçusu Namik Ələskərovu transfer etmək istədiyi barədə xəbər vermişdik.

Offsideplus.az  "Olay Final" nəşrinə istinadən xəbər verir ki, Türkiyə klubu futbolçunun keçidi ilə bağlı "Neftçi"yə rəsmi təklif göndərib.

Bu, 26 yaşlı hücumçunun müqaviləsindəki 50 min avro qarşılığında azad agent statusu ala biləcəyinə dair maddə əsasında gerçəkləşib. "Timsahlar" flaqman rəhbərliyinin qərarı əsasında irəliləyəcəklər.

"Neftçi" avqustun 12-də Finlandiyada HİK-lə (ilk oyun 2:2) keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünün nəticəsinə uyğun olaraq, "Bursaspor"a cavab verəcək.

Qeyd edək ki, daha əvvəl "Bursaspor" Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budakı transfer edib.