"Neftçi"nin futbolçusu Namik Ələskərov karyerasını Türkiyənin "Bursaspor" klubunda davam etdirməyə yaxındır.

Offsideplus.az "Bursaspordabugun" nəşrinə istinadən xəbər verir ki, Bursa klubunun vitse-prezidenti Emin Adanur 26 yaşlı yarımmüdafiəçinin keçidinin 99 faiz həll edildiyini söyləyib.

Ələskərovun bu gün Türkiyəyə yollanacağı və rəsmi müqavilə imzalayacağı gözlənilir. Türkiyə klubu Namiqlə yanaşı, 3 futbolçunu da heyətə qatmağa yaxındır.

Xatırladaq ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir.