Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko vəzifəsindən ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə mütəxəssis şəxsi "instagram" hesabından paylaşım edib:
"Bu gün Ukrayna Futbol Asossiasiyası ilə müqaviləm sona çatdı. Milli komanda ilə beş il keçirdim. Müasir futbol oynaya bildiyimizi sübut edən çətin bir iş oldu. Mənə kömək edən hər kəsə, komandadakı hər bir futbolçuya minnətdaram. Dəstək və tənqid üçün bütün azarkeşlərə təşəkkür edirəm. Birlikdə futbolumuzun rəqabətli, həyəcanverici ola biləcəyini hər kəsə göstərməyi bacardıq".