AFFA Azərbaycan Premyer Liqasının oyunlarına azarkeşlərin buraxılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün keçirilən Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümünün püşkatma mərasimində deyib.

Qurum rəsmisi bildirib ki, çempionatın startına 1 həftə qalmışadək cavab bəlli olacaq. Onun fikrincə, sanitar-epidemioloji vəziyyət belə davam etsə, cavab müsbət olacaq:

"Yoluxma sayı artmasa, düşünürəm ki, razılıq verilər".

Azərbaycan Premyer Liqası avqustun 14-dən başlayacaq.