Azərbaycanı Konfrans Liqasında təmsil edən "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadəni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Köhlən atlar" 24 yaşlı müdafiəçi ilə 3 illik müqaviləyə imza atıb. Bəhlul yeni komandasında 13 nömrəli forma altında çıxış edəcək.