I Divizionda yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Gəncə klubu Cavid İmamverdiyevi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

31 yaşlı yarımmüdafiəçi yeni komandasında 8 nömrəli forma altında çıxış edəcək.

İmamverdiyevin buna qədər son klubu “Sumqayıt” olub.