I Divizionda 2021/2022-ci illər mövsümünün başlanma tarixi və iştirak edəcək komandalar açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Məlumata görə, 13 sentyabrda start götürəcək çempionat iki dövrədən ibarət olacaq və 13 komandanın iştirakı ilə keçiriləcək. Yeni mövsümdə I Divizionda bu komandalar çıxış edəcək:

"Neftçi-2", “Zaqatala”, “Turan Tovuz”, “Sabah-2”, “Qarabağ-2”, “Keşlə-2”, “Kəpəz”, “Qaradağ Lökbatan”, “Sumqayıt-2”, MOİK, “Zirə-2”, “Səbail-2”, “Qəbələ-2”.