“Qəbələ” klubu növbəti mövsümə hazırlığın birinci mərhələsini başa vurub.

Offsideplus.az xəbər verir ki, əyalət təmsilçisi iyulun 5-də start götürən Qəbələ təlim-məşq toplanışını bugünkü hazırlıqla yekunlaşdırıb. Qəbələ şəhər stadionunda baş tutan səhər məşqindən sonra komanda Bakıya yollanıb. Elmar Baxşıyevin komandası iyulun 21-nə qədər paytaxtda hazırlıq keçəcək.

Toplanış müddətində iki yoxlama oyunu baş tutacaq. Sözügedən komanda sabah “Zirə” ilə görüşdə qüvvəsini sınayacaq. Zirə Olimpiya Kompleksində keçiriləcək matça saat 19:00-da start veriləcək.

“Qəbələ” ikinci yoxlama oyununda iyulun 21-də “Səbail”lə qarşılaşacaq.