“Səbail” klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, "dənizçilər" Cavid Tağıyevi transfer edib.

Onunla 1+1 formatında müqavilə imzalanıb. 29 yaşlı futbolçu yeni komandasının heyətində “10” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2021/22-ci il mövsümündə “Səbail”in uğurları üçün çalışacaq yarımmüdafiəçinin son klubu “Sabah” olub.