"Səbail" daha bir futbolçusu ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, "dənizçilər" Hendrik Ekşteynlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
30 yaşlı futbolçu 2019-cu ilin yayından "Səbail"in şərəfini qoruyurdu.