Ukraynanın "Kremen" klubunun futbolçusu Tuqay Əlizadə Azərbaycanın U-19 millisindən təklif alıb.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu millidə oynamaqdan imtina edib. Bu barədə millinin baş məşqçisi Samir Əliyev məlumat verib. O, futbolçuyla danışıqların aparıldığı, amma Tuqayın Azərbaycan millisində oynamaqdan imtina etdiyini bildirib:

"Tuqay Ramin Quliyevin baş məşqçi olduğu vaxt U-17-də oynayıb. Bir və ya iki toplanışda iştirak edib. 2019-2020-ci illərdə onun özü ilə əlaqə saxlamışıq. Hətta AFFA rəsmiləri Kiyevdə futbolçunun valideynləri ilə görüşüb, lakin Tuqay Azərbaycan millisində oynamaq istəməyib. Valideynləri də buna qarşı olublar. Tuqay Azərbaycan vətəndaşlığını qəbul edəcəyi halda, Ukraynada legioner sayılacaq. O, məhz bu amilə görə gəlmədi" (report.az).