"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev azarkeşlərlə bağlı verilən qərara sevindiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, qolkiper bu barədə klubun saytına danışıb:

"Təlim-məşq toplanışımız çox yaxşı keçir. Komandada ab-hava yüksəkdir. Qarşıdakı oyunlara çox ciddi hazırlaşırıq. İlk hədəf Avropa Konfrans Liqasında uğurlu çıxış etməkdir. Azarkeşlərlə bağlı verilən qərar məni çox sevindirdi. Çox şadam ki, onlar yenidən tribunalara qayıdır. Uğurlarımızda fanatlarımızın payı danılmazdır. Onların dəstəyinə hər zaman ehtiyacımız var. Azarkeşlər bizim üçün çox önəmlidir".