"Sabah"ın yeni transferi  Coy-Lens Mikels paytaxt klubundakı hədəflərindən danışıb.

Offsideplus.az xəbər verir ki, almaniyalı vinger bu barədə klubun rəsmi saytına açıqlama verib:

“Sabah”a gəldiyimə görə xoşbəxtəm. Bura mənim üçün yeni çağırış, yeni təcrübədir. Əlimdən gələni edəcəm ki, mənə olan inamı doğruldum və komandamın uğurlarında əsas pay sahiblərindən olum. Əsas məqsədim “Sabah”la xüsusi bir şeylər yaratmaq və mümkün olduqca çox uğur qazamaqdır. İrəli, “Sabah”!”

Qeyd edək ki, Mikels 2 il "Sabah"ın formasını geyinəcək.