Yeni mövsümə hazırlıqlarını davam etdirən "Sabah"ın Coy-Lens Mikelsi heyətinə qatdığını xəbər vermişdik.

Offsideplus.az xəbər verir ki, paytaxt klubu 27 yaşlı futbolçuyla imzaladığı müqavilənin detallarını açıqlayıb. Bu barədə "Sabah" rəsmi saytında məlumat yayıb.

Klub almaniyalı vingerlə 2 illik müqavilə imzalayib. 

Konqo əsilli futbolçu karyerası ərzində Almaniyanın “Borussiya-2” (Münhenqladbax, 2013-2014), “Şalke-2” (2014-2016), “Alemannia” (2016/2017), “Vaker Nordhauzen” (2017-2020), “Karl Zeys Yena” (2020) və Niderlandın “Maastrixt” (2020-2021) klublarında çıxış edib.

Qeyd edək ki, “Sabah” yay transfer dövründə daha öncə Elvin Camalov, Səlahət Ağayev və Xuan Kamaranı heyətinə cəlb etmişdi.