Yeni mövsümə hazırlıqlarını davam etdirən "Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabından paylaşım edib. Paytaxt təmsilçisi Coy-Lens Mikelsi transfer edib . Vingerlə imzalanan müqavilənin detayları açıqlanmayıb.

“Borussiya”nın (Münhenqladbax) yetirməsi olan 27 yaşlı futbolçu Almaniyada “Şalke 2”, “Aahen”, “Nordhauzen” kimi klublarda çıxış edib.