"Neftçi" ilə müqaviləsinə xitam verən Cabir Əmirlinin yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı müdafiəçi "Səbail"də çıxış edəcək. Əmirli ilə 2021-22 mövsümünün sonunadək müqavilə imzalanıb. O, "dənizçilər"də "6" nömrə altında oynayacaq.

Qeyd edək ki, daha öncə “Keşlə” və “Neftçi” klublarında çıxış edən Əmirli, bu ilin yanvarından mövsümün sonunadək icarə əsasında “Sumqayıt”ın formasını geyinib.