"Neftçi" futbolçusu Cabir Əmirli ilə vidalaşıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" 24 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. 

Qeyd edək ki, o, 2020/2021 mövsümündə 5 oyunda "Neftçi"nin heyətində meydana çıxıb. Ötən ilin yayında “Neftçi”yə transfer olunmuş Əmirli bu ilin yanvarından mövsümün sonunadək icarə əsasında “Sumqayıt” klubunda oynayıb.

Xatırladaq ki, daha öncə Ahmed Ahmedov, Bruno Teluşi, Səlahət Ağayev, Keysuke Honda, Anton Krivotsyuk, Rener Alves, Stiven Jozef-Monroz, Tallison Dias "Neftçi"dən ayrılıb.