"Qəbələ" "Sabah"ın futbolçusunu icarəyə götürüb.

Offsideplus.az xəbər verir ki, 2021/22 mövsümü üçün hazırlıqlarını davam etdirən "qırmızı-qaralar" Nicat Mehbalıyevlə müqavilə bağlayıb. "Sabah"ın 20 yaşlı qolkiperi 1 illik icarə əsasında əyalət təmsilçisində çıxış edəcək. 

Qeyd edək ki, Azərbaycanın U-21 millisinin üzvü qapıçı daha öncə “Bakı”, “Qarabağ” və “Sumqayıt”ın yeniyetmə komandalarında da forma geyinib.