"Neftçi" Gürcüstanda problemlə üzləşib.

Offsideplus.az xəbər verir ki, komandanın bu gün Bakı vaxtı ilə saat 20.00-a planlaşdırılan məşqi "Neftçi TV" vasitəsi ilə canlı yayımlanmalıydı. Lakin "Zestafoni"nin məşq bazasında internet şəbəkəsi olmadığından, "Neftçi TV"nin əməkdaşları çətinliklə üzləşib. Nəticədə məşqi birbaşa yayımlamaq mümkün olmayıb. Əvəzində hazırlıqdan videogörüntülər təqdim olunacaq.

Qeyd edək ki, "Neftçi" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iyulun 7-də Tbilisi "Dinamo"su ilə qarşılaşacaq.