Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Dinamo"nun qonağı olacaq "Neftçi" artıq Gürcüstandadır.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Tbilisidəki hava limanında xoş mənzərə ilə üzləşib. Belə ki, bir qrup "Forza Neftçi" azarkeşi komanda yoldaşlarını qarşılayaraq bəstələr səsləndirib, oyunda uğurlar arzulayıb.

Daha sonra komandanı otelə aparan avtobusu şəxsi minik avtomobilləri ilə müşayiət ediblər. 

Həmin görüntüləri təqdim edirik;