Futbol üzrə Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko yığmadakı işindən ayrılıb.

Offsideplus.az xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına açıqlamasında məlumat verib.

Hazırda qonşu ölkənin SSKA klubunda da eyni işi görən Kramarenko artıq iki yerdə çalışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, Dmitri Kramarenko yığmamızdan əvvəl “Neftçi” və “Qəbələ”də də məşqçi kimi çalışıb.