2021-22 mövsümü üçün hazırlıqlarını davam etdirən "Sumqayıt"ın yoldaşlıq matçında növbəti rəqibi bəlli olub.

Offsideplus.az xəbər veirr ki, "gənclik şəhəri" təmsilçisi Türkiyə 1-ci liqasında mübarizə aparan "Keçiörengücü" ilə üzləşəcək. Qızılcahamam Mərkəzi stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Daha öncə "Qarabağ"la hazırlıq matçına çıxan "Sumqayıt" 3:1 hesabı ilə uduzub.

Qeyd edək ki, "Keşlə"nin sabiq futbolçusu Vüsal İsgəndərli "Keçiörengücü"də forma geyinir.