"Keşlə" heyətini daha bir futbolçu ilə gücləndirib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Amil Yunanov "ağ-qırmızılar"a transfer olunub. 28 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, sonuncu dəfə "Səbail"də çıxış edən Yunanov, çıxdığı 20 oyunda 8 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.