"Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinin heyətinə dəvət alıb.

Offsideplus.az xəbər verir ki, yığmanın çalışdırıcısı Robert Prosineçki qarşıdakı yoldaşlıq oyunları üçün ümumilikdə 26 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, Bosniya və Herseqovina millisi mayın 28-də Monteneqro, iyunun 1-də isə Cənubi Koreya ilə qarşılaşacaq.