Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi "Qəbələ"dən Merab Qiqaurini rənglərinə bağlayıb.

Bu barədə 28 yaşlı gürcü futbolçu şəxsi "facebook" hesabında məlumat yayıb.

Qeyd edək ki, Qiqauri Kutaisi “Torpedo”sunun yetirməsidir. O, 2010-14 və 2017-19-cu illərdə bu klubda çıxış edib. Merab Gürcüstanda “Metallurq” (2014), “Sxinvali” (2014-15), “Kolxeti” (2015-16) və “Rustavi” (2016-17), Polşada “Yagelloniya”da (2011-12) çıxış edib.

Xatırladaq ki, "Keşlə" bundan əvvəl Aldair Sapalo Amaro Neto və Omar Qudiabini transfer etmişdi.

43db13fb a24d 4e9a 96b1 cebd9b01243a