"Qarabağ" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Filip Ozobiçlə yeni müqavilə imzalayıb. 30 yaşlı yarımmüdafiəçi daha iki il "Qarabağ"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, xorvatiyalı oyunçu 2018-ci ildən "köhlən atlar"ın formasını geyinir.