"Neftçi” klubu futbolçusu Stiven Jozef-Monrozla yolları ayırıb.

Offsideplus.az xəbər verir ki, cinah yarımmüdafiəçisi ilə başa çatan müqavilə yenilənməyib.

Klub fransalı futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Monroz “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 44 oyunda 12 qola imza atıb.