"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qartallar" "Sabah"la vidalaşan Ruslan Abışovla müqavilə bağlayıb. Müdafiəçi ilə növbəti mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 33 yaşlı futbolçu daha əvvəl ölkəmizdə "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "Keşlə", "Sabah", həmçinin Rusiyanın "Rubin" klubunun şərəfini qoruyub. Abışov Azərbaycan millisinin heyətində 59 matçda 4 dəfə fərqlənib.