"Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi Elvin Bədəlovla yeni müqavilə imzalayıb. 16 yaşlı müdafiəçi daha 2 il "Sumqayıt"ın formasını geyinəcək.

Qeyd edək ki, 2019-cu ildən komandanın şərəfini qoruyan Elvin Bədəlov ümümilikdə 45 oyunda meydana çıxıb.