“Səbail” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" müdafiəçi Adil Nağıyev ilə yeni sözləşmə imzalayıb. Anlaşmaya əsasən, 26 yaşlı futbolçu daha 1 il “Səbail”in formasını geyinəcək.

Qeyd edək ki, klub daha öncə Rauf Əliyev, Əfran İsmayılov, Ədilxan Qarəhmədov ilə müqavilənin müddətini uzatmışdı.