"Keşlə" 2 futbolçuni transfer etməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək klub Rafael Utriq və Felipe Santosu heyətinə qata bilər. Bu barədə komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib: "Utriq hələ bizə cavab verməyib. Santosla isə artıq razılıq əldə olunub. Amma futbolçu müqaviləyə imza atmamış hər an şey baş verə bilər".

Qeyd edək ki, Utriqin "Qəbələ" ilə müqaviləsi başa çatıb. Braziliyalı vinger Felipe Santos isə Sloveniyanın "Maribor" klubundan ayrılıb (Report).