“Neftçi” ulduz futbolçusu Keysuke Honda ilə yollarını ayırıb.

Offsideplus.az "ağ-qaralar"ın rəsmi saytına istinadla xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin baş çatan müqaviləsi yenilənməyib. Bakılılar yaponiyalı oyunçuya göstərdiyi xidmətə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Honda "Neftçi" formasında 7 oyunda 2 qol vurub.