Bir illik fasilədən sonra “Səbail-2” I Diviziona geri qayıdır.

Offsideplus.az xəbər verir ki, komandaya 2018-ci ildən “Səbail”in Futbol Akdademiyasında çalışan Ruslan Qafitulin baş məşqçi təyin olunub.

Qeyd edək ki, “Səbail-2″ 2016/2017-ci ildə Əvəzedicilərin çempionatında gümüş medal, 2017-2018-ci ildə qızıl medal qazanıb. 2019/2020-ci ildə isə I Divizionun gümüş medalçısı olub.

Ruslan Qafitilinin rəhbərliyi altında U-19 komandası 2018-2019-cu il mövsümündə bürünc medallar qazanıb.