“Sumqayıt” daha bir futbolçunu heyətinə qatıb.

Offsideplus.az xəbər verir ki, Sumqayıt təmsilçisi "Keşlə"nin sabiq futbolçusu Xəzər Mahmudovla müqavilə imzalayıb. 20 yaşlı yarımmüdafiəçi 2 il "kimyaçılar"ın formasını geyinəcək. O, komandada  “19” nömrə altında çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” daha öncə Yusif Nəbiyevin transferini açıqlamışdı.