“Sabah”ın yeni transferi Səlahət Ağayev kluba keçidi barədə açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, təcrübəli qapıçı klubun rəsmi saytına danışıb:

“Sabah”a gəldiyimə görə çox şadam. Bu, mənim üçün yeni çağırışdır. Yeni yaranmasına baxmayaraq, “Sabah” ölkəmizin ən peşəkar və iddialı klublarından birinə çevrilməyi bacarıb. Klubun rəhbərliyi və baş məşqçisi tanıdığım və hörmət etdiyim insanlardı. Seçimimdə bu faktorun rolu daha böyük oldu.

Hansı komandada oynamağımdan asılı olmayaraq, həmişə ən yaxşı nəticələri qazanmağa çalışmışam. Gənc və iddialı baş məşqçimiz, keyfiyyətli futbolçularımız var. İnanıram ki, birlikdə əlimizdən gələnin ən yaxşısını edib, sonda arzuladığımız uğurları qazanacağıq”.

Qeyd edək ki, Bakı təmsilçisi Səlahət Ağayevlə 1 illik müqavilə imzalayıb.