“Sumqayıt” futbolçusu Aydın Bayramovla yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Kimyaçılar" 25 yaşlı qapıçı ilə 1+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt”da çıxış edən Aydın Bayramov ümumilikdə 16 oyun keçirib. Bayramov həmçinin Azərbaycanın U-21 və “A” millilərinin də şərəfini qoruyub.