"Sumqayıt" daha bir futbolçusu ilə vidalaşıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar" Cabir Əmirli ilə yollarını ayırıb.  Əmirli müqavilə ilə məxsus olduğu “Neftçi”yə qayıdıb.

Qeyd edək ki, "Sumqayıt" daha öncə Cavid İmamverdiyev və Mehdi Şərifi ilə sağollaşıb.