"Neftçi" "Keşlə"nin futbolçusunu heyətinə qatıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Sezar Meza Kollini transfer edib. 29 yaşlı yaımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Paraqvaylı oyunçu "Neftçi"də "10" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Keşlə” (2013-2016, 2018, 2019-2021) olan Sezar Meza Kolli 2016/2017 mövsümündə “Zirə”də oynayıb. O, bundan başqa İtaliyanın “Çezena” (2011-2012), “Pavia” (2012-2013), İspaniyanın “Alaves” (2012) və Rumıniyanın “Universitatya Krayova” (2018) klublarında çıxış edib.