Millinin son oyunlarında xoş təsir bağışlayan Ramil Şeydayevin gələcək taleyi sual altındadır. 

Offsideplus.az xəbər verir ki, 25 yaşlı hücumçunun "Sabah"la müqaviləsinin müddəti bu ayın sonuna qədərdir. Lakin klubla futbolçu arasında hələ ki, yeni sözləşmə ilə bağlı rəsmi anlaşma əldə olunmayıb. Səbəb Şeydayevin karyerasını Avropada davam etdirmək istəyidir. Yığmamızın üzvü tələsmək istəməyib, mümkün variantları nəzərdən keçirir. Ölkə xaricində sərfəli variant yaranacağı halda, legioner həyatı yaşayacaq.

Məsələni diqqət mərkəzində saxladığımızdan, Ramillə danışmağı qərara aldıq. Ucaboy forvardın cavabı qısa oldu: "Hələ ki, istirahət edirəm. Gələcəyimlə bağlı heç nə bəlli deyil. Hansısa yenilik olsa, bu barədə hamı biləcək".