Portuqaliya ilə İsrail arasında keçirilən yoldaşlıq görüşündə (4:0) qollardan birinə Kriştiano Ronaldo imza atıb. 

Dünya ulduzunun 44-cü dəqiqədə rəqib qapısından keçirdiyi top portəgizlərin ikinci qolu kimi yadda qalıb.

Offsideplus.az xəbər verir ki, bununla da Ronaldo yığmadakı şəxsi göstəricisini yaxşılaşdırılıb. "7 nömrə" millidə vurduğu qolların sayını 104-ə çatdırıb ki, dünya rekorduna çatmasına cəmi 5 qol qalıb.

Qeyd edək ki, rekord İran millisinin sabiq forvardı Əli Daeiyə məxsusdur