U-17 millimiz Gürcüstanın paytaxtı Tbilisidəki təlim-məşq toplanışını davam etdirir.

Offsideplus.az xəbər verir ki, seçməmiz hazırlıq çərçivəsində bu gün gürcüstanlı həmyaşıdları ilə növbəti yoxlama oyunu keçirəcək.  Oyun yerli vaxtla 18:00-da başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında iyunun 5-də keçirilən ilk qarşılaşma Gürcüstan millisinin  2:1 hesabılı qələbəsi ilə başa çatmışdı.