Almaniya Futbol İttifaqı millinin baş məşqçisi Yoahim Lövlə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 58 yaşlı mütəxəssislə müqavilənin müddəti 2020-ci ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, Y.Löv 2006-cı ildən Almania millisini çalışdırır. Onun rəhbərliyi altına yığma DÇ-2014-ün, Konfederasiyalar Kuboku-2017-nin qalibi olub.