Bir qədər əvvəl başa çatan Moldova ilə beynəlxalq yoldaşlıq matçında (1:0) millimiz ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, komandamızın müdafiəçisi Bədavi Hüseynov zədələnib.

“Qarabağ”ın futbolçusu görüşün 80-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə sol ayağından xəsarət alıb. O, görüşü davam etdirə bilməyib. Əvəzetmə limiti dolan yığmamız son dəqiqələri azlıqda keçirib.