U-17 millimiz Gürcüstanın paytaxtı Tbilisidəki təlim-məşq toplanışını davam etdirir.

Offsideplus.az xəbər verir ki, seçməmiz hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Millimiz Gürcüstanın U-17 komandası ilə görüşüb. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Qeyd edək ki, komandalar arasında ikinci oyun iyunun 8-də baş tutacaq.