17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Tbilisidə təlim-məşq toplanışında olan millimiz  bu gün gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaq. 

Qeyd edək ki, oyun yerli vaxtla 18:00-da başlayacaq.