Millimizin yarımmüdafiəçisi Araz Abdullayev Kiprin "Anortosis" klubundan ayrılıb.

Offsideplus.az xəbər verir ki, Famaqusta təmsilçisi icarə müddəti başa çatan futbolçuya görə onun müqavilə ilə məxsus olduğu "Qəbələ"yə müraciət etməyəcək. Abdullayev "qırmızı-qaralar"a geri dönəcək.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi "Anortosis"də 29 oyuna 3 qol vurub.